Moldova çempionatında 10 klubdan 3-nə lisenziya verilmədi

Moldova çempionatında 10 klubdan 3-nə lisenziya verilmədi
20:52 19 Fevral 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

Moldova Futbol Federasiyasının Lisenziyalaşdırma Komissiyası Milli Divizionda çıxış etmək üçün müraciət edən 10 klubdan 3-nə lisenziya verməyib.
"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bunlar "Petrokub", "Milsami" və "Zimbru"dur.
Bu komandaların qərardan apellyasiya şikayəti vermək üçün fevralın 25-nə qədər vaxtı var.
"Şerif", "Sperantsa", "Dinamo-Avto", "Kodru", "Floreşt" və "Daçiya Buyukan" isə lisenziya şərtlərini yerinə yetirdikləri üçün yeni mövsümdə çempionatda iştirak hüququ qazanıblar.
Qeyd edək ki, "Bakı" və "Səbail" klublarının sabiq futbolçusu Nurlan Novruzov hazırda "Dinamo-Avto" klubunda çıxış edir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/onlarin-apellyasiya-sikayeti-vermek-ucun-5-gun-vaxti-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR