Türkiyəyə BÖYÜK DƏSTƏK - BMT fəlakət barədə xəbərdarlıq etdi

BMT-nin Təhlükəsizlik Şurasında Suriyanın İdlib bölgəsindəki vəziyyətlə bağlı müzakirələr aparılıb.

Metbuat.az xəbər verir ki, ABŞ, Böyük Britaniya, Almaniya, Suriya ordusundan İdlibdəki Türkiyə müşahidə məntəqələrinə hücumları dayandırmağı tələb edib. Bildirilib ki, İdlibdə irimiqyaslı toqquşma humanitar fəlakətə yol açacaq. Toplantıda İdlibdəki son vəziyyət barədə məlumat verilib.

İnsanların olduqca çətin günlər yaşadığı qeyd olub. Türkiyə sərhədlərinə qaçqın axınına diqqət çəkilib.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR