Çindən Rusiyaya ət gətirmək qadağan edildi

Çindən Rusiyaya ət gətirmək qadağan edildi
07:32 20 Fevral 2020
95 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Çindən içərisində heyvandarlıq məhsulları olan bağlamaların ölkəyə gətirilməsinə qadağa qoyub.
“Report” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə xidmətin ərazi bölmələrinə müvafiq məktub göndərilib.
Nəşrin yazdığına görə, Çindən əl çantalarında və ya sərnişin baqajında ət məhsulları gətirmək artıq mümkün olmayacaq. Eyni zamanda, qadağaya fabrik qablaşdırma məhsulları da daxildir.
Qadağa koronavirus və Afrika taununa (ASF) qarşı mübarizə ilə izah olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/cinden-rusiyaya-et-getirmek-qadagan-edildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR