Almaniyada atışma törədən şəxs evində ölü tapıldı

Almaniyada atışma törədən şəxs evində ölü tapıldı
08:57 20 Fevral 2020
291 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Hanau şəhərində atışmada səkkiz nəfər dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Bild" xəbər verib.

Prokurorluqda azı 2 nəfərin öldüyünü təsdiqləyiblər. Öz növbəsində, polis daha beş nəfərin ağır yaralandığını bildirilib.

"Hessenschau" nəşri xəbər verir ki, naməlum şəxs iki yerli qəlyanxanada atəş açıblar. Mənbənin məlumatına görə, əvvəlcə hücum edən şəxs şəhərin mərkəzindəki qəlyanxanada üç nəfəri, daha sonra Kesselştadi rayonundakı obyektdə beş nəfəri güllələyib.

Hanau şəhərində atışma törətməkdə şübhəli bilinən şəxs evində ölü tapılıb.

Ehtimal olunan cinayətkarın yanında daha bir cəsəd tapılıb.

İstintaq davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR