Azərbaycan Livana fındıq ixrac etdi - İlk nəticələr

Azərbaycan Livana fındıq ixrac etdi - İlk nəticələr
09:12 20 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycan 2019-cu ildə 20 min ton civarında fındıq ixrac edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. Onun sözlərinə görə, fındıq ixrac olunan ölkələr arasına bu ildən Livan da daxil olub:

"Bu il ölkəmiz xaricə 125 milyon dollar dəyərində 20 min ton civarında fındıq ixrac edib. Ötən ildən etibarən Livana 100 min dollar dəyərində 20 tona yaxın məhsul göndərilib".

İ.Orucov bildirib ki, Azərbaycandan ən çox fındıq Rusiya, Almaniya və İtaliyaya ixrac olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/827326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR