Bakıda gəncə qarşı bıçaqla basqın edilib

Bakıda gəncə qarşı bıçaqla basqın edilib
09:12 20 Fevral 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə 2019-cu ilin oktyabr ayının 9-da, paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.
Belə ki, Qazax rayon sakini, 1997-ci il təvəllüdlü İslam Məmmədov 2002-ci il təvəllüdlü Zakir Novruzova qarşı küçənin ortasında bıçaqla basqın edərək hədələyib. O, Z.Novruzovun əlində olan mobil telefonu alaraq, hadisə yerindən qaçıb.
Hadisədən 4 ay sonra Z.Novruzov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-gence-qarsi-bicaqla-basqin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR