Bakıda 46 yaşlı qadını maşın vurub

Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mətbuat.az bildirir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Xasilova Venera Eldost qızını vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. V.Xasilovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.(apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR