İtaliyalı hücumçu 6 aylıq zədələndi

İtaliyalı hücumçu 6 aylıq zədələndi
18:27 20 Fevral 2020
278 İdman
Ölkə mətbuatı
A- A+

"Kalyari" klubu ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Leonardo Pavoletti sıradan çıxıb.

İtaliyalı futbolçunun sol diz çarpaz bağlarında qırıq aşkarlanıb. Bu üzdən də 31 yaşlı oyunçu əməliyyat olunub.

Klubun rəsmi saytının yaydığı məlumata görə, bu həftəni xəstəxanada keçirəcək Pavolettinin bərpa prosesinə gələn həftədən start veriləcək. Təcrübəli hücumçu üçün artıq bu mövsüm bitmiş hesab olunur. İtaliya millisinin sabiq üzvü 6 ay sonra yaşıl meydanlara qayıda biləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/827509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR