5 məntəqənin nəticələri LƏĞV EDİLDİ

5 məntəqənin nəticələri LƏĞV EDİLDİ
19:03 20 Fevral 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

MSK-nın iclasnda 57 saylı Kürdəmir seçki dairəsi üzrə namizəd olmuş Rəşad Qəribovun şikayətinə baxılıb.

Publika.az-ın xəbərinə görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, 18 protokol təqdim edib: “2 protokol istisna olmaqla digərləri DSK-dakı protokollarla eynilik təşkil edir. 16 məntəqədə olan səhvlər isə texniki səhvlərdir. Yalnız 27 və 33 saylı seçki məntəqələrinin protokollarında uyğunsuzluqlar aşkar edilib. Araşdırma nəticəsində 5 məntəqədə pozuntular aşkar aşkar edildi. Ümumilikdə ləğvi təklif edilən seçki məntəqələrinin sayı 5-dir”.

İclasda Rəşad Qəribovun səlahiyyətli nümayəndəsi Ramiz Cəfərov və Rəşad Qəribov özü çıxış edib. MSK müzakirədən sonra 57 saylı Kürdəmir seçki dairəsi üzrə 7, 18, 20, 27 və 33 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

Qeyd edək ki, Rəşad Qəribov III və IV çağırış Milli Məclisin deputatı Fərhad Qəribovun oğludur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR