İnstaqramın niyə iPad tətbiqi yoxdur?

İnstaqramın niyə iPad tətbiqi yoxdur?
21:52 20 Fevral 2020
Ölkə mətbuatı
A- A+

İnstaqramın qurulduğu gündən bəri niyə bir iPad tətbiqi olmadığı sualına, şirkətin səlahiyyətli nümayəndəsi cavab verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, İnstaqramın bu siyasətinin səbəbi, kifayət qədər qaynağa sahib olmamasıdır.

iOS modellərindən yalnız iPhone üçün nəzərdə tutulan İnstagram-ın baş direktoru Adam Mosseri qeyd edib ki, platforma üçün bir iPad tətbiqi hazırlansa belə, şirkət üçün o qədər də faydalı olmayacaq.

Feysbuk 2012-ci ildə İnstaqramı 1 milyard dollara aldı və bundan sonra platformanın istifadəçilərinin sayı xeyli artdı.

İlk istifadə edildiyi zaman iPad tətbiqi olmayan platforma Feysbuka satıldıqdan sonra da bu siyasəti davam etdirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR