iPhone SE 2, 2020-ci ilin ilk yarısında satışa çıxarılacaq

iPhone SE 2, 2020-ci ilin ilk yarısında satışa çıxarılacaq
23:47 20 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Apple önümüzdəki aylarda ən əlverişli iPhone-u təqdim edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, tanınmış insayder Ming-Çi Kuo koronavirusun yeni ucuz iPhone-un satış planlarına təsir etmədiyini söylədi. Apple hələ də iPhone SE 2-nin (iPhone 9) təqdimat tarixini rəsmi olaraq açıqlamayıb, lakin şayiələrə görə, martın sonlarında təqdim ediləcək.

İnsayder, həmçinin daha bahalı iPhone 11-də yerləşdirilən 7 linzalı bir kameranı, iPhone SE 2-də olmayacağını deyib. Bu, tədarükü və istehsalı çətinləşdirə bilər. Buna görə də ucuz iPhone 6 linza ilə təmin olunacaq.

Şaiyələrə görə, iPhone SE 2 4.7 düymlük ekrana sahib iPhone 8-in yenilənmiş nüsxəsi olacaq. Smartfonda bir Touch ID barmaq izi skaneri olan Home düyməsi və geniş çərçivələr qalacaq. Smartfonun yalnız yan çərçivələri müasir iPhon-lar üslubunda hazırlanacaq, eyni zamanda yeni Apple A13 Bionic prosessoru və iPhone 11-dən bir əsas kamera alacaq.

Qeyd edək ki, iPhone SE 2-nin 399 dollara başa gələcəyi söylənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR