Zaqatalada kafedə bıçaqlanma olub

Zaqatalada kafedə bıçaqlanma olub
01:17 21 Fevral 2020
194 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada bıçaqlanma hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Qandax kəndində yerləşən kafelərdən birində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Natiq Əliyev həmkəndlisi Tural Bayramov tərəfindən bıçaqlanıb.
Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törədən T.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/zaqatalada-kafede-bicaqlanma-hadisesi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR