Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib

Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib
08:57 21 Fevral 2020
95 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin insan resursları siyasəti çərçivəsində teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Gəncə Lokomotiv Deposunda teplovoz maşinisti ixtisası üzrə 16 vakansiyanın mövcudluğu və həmin peşə üzrə əmək bazarında namizəd qıtlığı nəzərə alınaraq boş yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsi barədə qərar verilib. Beləliklə, Gəncə Lokomotiv Deposunun əməkdaşları arasından 16 maşinist seçilib və ixtisasartırma təliminə cəlb olunub.
Qeyd edək ki, ixtisasartırma təlimi 3 ay müddətində davam edəcək. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim proqramı əməkdaşların bilik və bacarıqlarının hərtərəfli təkmilləşdirilməsinə xidmət edəcək.




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/teplovoz-masinistleri-ucun-ixtisasartirma-telimine-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR