Koronavirusa qarşı vaksinin sınaqdan keçiriləcəyi tarix açıqlandı

Çində yeni növ koronavirusa qarşı vaksinin kliniki sınaqları ən tez aprel ayının sonunda həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, bunu Çinin Elm və Texnologiya nazirinin müavini Süy Nanpin bəyan edib.

Onun sözlərinə görə, hal-hazırda Çində vaksinin hazırlanması digər dövlətlərlə sinxron şəkildə həyata keçirilir.

Qeyd edək ki, fevralın 20-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı preparatların sınağının nəticəsini üç həftə ərzində əldə etmək niyyətindədir.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR