Tovuzda maşın aşdı -

Tovuz rayonunda ağır yol qəzası baş verib.

Metbuat.az bildirir ki, hadisə rayonun Xatınlı kəndində baş verib.

1989-cu il təvəllüdlü Mehrəliyev Emin Əziz oğlu idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR