İranda parlament seçkiləri keçirilir

Fevralın 21-də İranda Məclisə (bir palatalı parlament) seçkilər keçirilir.

Metbuat.az iran mediasına istinadən xəbər verir ki, seçicilər 7148 namizəd arasından seçim etməlidirlər.

Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.

Səsvermə saat 20:00-a qədər davam edəcək, lakin lazım gəldikdə məntəqələrin işi uzadıla bilər.

İlk ilkin nəticələrin növbəti gün məlum olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR