Azərbaycanda bu sahədə maaş 3 min manatdan çoxdur

Azərbaycanda bu sahədə maaş 3 min manatdan çoxdur
09:52 21 Fevral 2020
86 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6 faiz artaraq 634,8 manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR