Mətbuat Şurasınının üzvləri "Metbuat.az"dan danışdı

Bu gün "Metbuat.az" saytının peşəkar fəaliyyətinin 3 ili tamam olur.

Metbuat.az xəbər verir ki, bu münasibətlə Mətbuat Şurasının rəhbərliyi və üzvləri saytımızla bağlı fikirlərini bölüşüblər:

Əflatun Amaşov - Bütün kollektivi təbrik edirəm. "Metbuat.az" saytı az müddətdə çox iş görməyi bacarıb və bu sayt mətbuat aləmində öz yerini tutmuş bir saytdır. Bütün kollektivi təbrik edir, onlara böyük yaradıcılıq uğurları arzulayıram.

Müşviq Ələsgərli - "Metbuat.az" saytı Mətbuat Şurasının da əməkdaşlıq etdiyi xəbər saytıdır. Eyni zamanda, bu sayt qısa müddətdə peşəkar fəaliyyət göstərməyi bacarıb və Mətbuat Şurasının da üzvlüyünə qəbul edilib. "Metbuat.az" saytı bitərəf, qərəzsiz və operativ informasiya çatdıran xəbər saytlarından biridir, hazırladığı xəbərlər peşəkar səviyyədə hazırlanır və cəmiyyətimiz üçün lazımlı, faydalı xəbərlər olur. Məhz bu peşəkarlığı da nəzərə alınaraq Mətbuat Şurasına üzv kimi qəbul ediliblər. Mən 3 yaşı münasibəti ilə "Metbuat.az" saytındakı peşəkar kollektivi və saytın qurucularını təbrik edirəm. Arzu edirəm ki, fəalliyəti uzunömürlü olsun, Azərbaycan cəmiyyəti üçün faydalı, gərəkli sayt kimi fəaliyyətini davam etdirsin.

Aydın Quliyev - "Metbuat.az" saytı fəaliyyətini diqqətlə izlədiyim və şəxsən tanıdığım, istedadına hörmətlə yanaşdığım jurnalist dostlarımızın fəaliyyət göstərdiyi media orqanlarından biridir. Cəmi 3 il əvvəl yaranmağına baxmayaraq bu gün özünə lazımı sayda və lazımı əhatələrdə izləyici auditoriyası yarada bilib. "Metbuat.az" saytının həm orjinal xəbərləri, həm də müəyyən məsələlərlə bağlı müsahibələr və təhlillər formasında araşdırma yazıları xüsusi olaraq diqqətimi cəlb edir. Fikrimcə, Metbuat.az saytı çox qısa bir müddətdə uzun illər fəaliyyət göstərən media qurumları ilə rəqabət aparmaq gücünə qədər yüksələ bilib. Sözsüz ki, saytın bu uğurlarında bütün kollektivin əməyi var. Kollektivin hər bir üzvünün fədakarcasına çalışdığını hiss edirəm. Mənim özüm də müəyyən zamanlarda bu sayt vasitəsi ilə fikirlərimi cəmiyyətə çatdırmışam. "Metbuat.az" saytı cəmiyyətdə ciddi və sanballı ictimai rəyin yaradılmasında iştirak edən media orqanlarından birinə çevrilib. Heç şübhəm yoxdur ki, "Metbuat.az" saytının uğurları bundan sonra da artacaq.

Azər Həsrət - "Metbuat.az" saytının daimi izləyicilərindən biriyəm. Baxmayaraq ki, sayt qısa müddətdir fəaliyyət göstərir, lakin diqqət çəkə bilib, diqqətimizi cəlb edib. Hətta mən deyərdim ki, media bazarına çox sürətlə inteqrasiya olunub. Bu baxımdan mən bu 3 il ərzində görülən işlərə görə kollektivi təbrik edirəm, yeni uğurlar arzu edirəm. Əlbəttəki indiki rəqabət şəraitində çox qısa müddətdə tanınmaq, qəbul edilmək, məşhurlaşa bilmək çox çətin məsələlərdir. Görünür bu qurumun başında duranlar, eləcə də onun kollektivi yetərincə fədakarlıq ediblər ki, bunu bacara biliblər. Bir daha təbrik edirəm, uğurlar arzu edirəm.

Şəmsəddin Əliyev - "Metbuat.az" saytına öz adımdan, Azərbaycan Mətbuat Şurası adından uğurlar diləyirəm. O gün olsun ki, 30 illiyiniz qeyd edilsin. Çox istəyərdim ki, sizin xəbər portalınız həmişə jurnalist peşəsinin qaydalarına uyğun xəbərlər dərc etsin, məlumat azadlığından sui-istifadə edilməsin və dəqiq olmayan məlumatla bağlı qarşı tərəfin fikrini alandan sonra onu dərc etisinlər. Şərəf və ləyaqətin aşağlanması, insan hüquqlarlna zidd olan yazılar dərc olunmasın. Belə olarsa, mən düşünürəm ki, Azərbaycan mətbuatında siz uğur qazanmış olarsınız. Çünki, jurnalistika özü hakimiyyətin 4-cü qoludur, bəlkə də mən deyərdim ki, mühüm qollarından biridir. Çünki metbuat istəsə cəmiyyətdə xaos yaradacaq, mətbuat istəsə baş verəcək ictima münaqişələrin məcrasını dəyişəcək. Bu mətbuatda dərc olunan xəbərlərin məzmunundan və başlıqlarından asılı olur. Mən sizə bu istiqamətdə səmimi şəkildə uğurlar arzulayıram.

Yadigar Məmmədli - İnternet həyatımıza daxil olandan sonra internet medianın da sayı günü gündən çoxalır. Yeni xəbər saytları yayılır. 3 il əvvəl yaranan "Mətbuat.az" xəbər saytı da yarandığı gündən öz dəsti xətti ilə seçilib. Başqa saytlardan fərqli xəbərlər yayımlayan bir xəbər saytı olub. Bu gün də özünü inkişaf etdirərək bu istiqamətdə işlərini davam etdirir. Mən arzu edirəm ki, siz bu yolu davam etdirəsiniz. "Metbuat.az" saytını digər xəbər saytlarından fərqli xəbərlər yaymaqla daha da inkişaf etdirəsiniz. Bizlər də "Metbuat.az"ın təkcə 3 ilini deyil, 5 illiyini, 10 illiyini qeyd edək. Mən "Metbuat.az" saytında çalışan hər bir jurnalistə uğur arzu edirəm. İnanıram ki, bundan sonra da daha yüksək nailiyyətlər əldə edəcəysiniz.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR