Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı

Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
11:32 21 Fevral 2020
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Gəncə Regional Narkomaniya İdarəsinin rəisi, polis polkovniki Zəfər Abıyev xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Onun yerinə polis mayoru Elvin Abbasov təyinat alıb.

O, bundan əvvəl idarənin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR