"CinemaPlus"da “Doktor Dulittlin heyrətamiz səyahəti”

"CinemaPlus"da “Doktor Dulittlin heyrətamiz səyahəti”
11:37 21 Fevral 2020
108 Digər
Ölkə mətbuatı
A- A+

28 Mall Ticarət Mərkəzində yerləşən CinemaPlus Premium-klass Kinoteatrında “Doktor Dulittlin heyrətamiz səyahəti” macəra filminin premyeradan öncə nümayişi olub.
"Report" xəbər verir ki, tədbir zamanı kinoteatrda cəngəllik mühiti yaradılıb, heyvanlar və bitkilər cəngəlliyin vəhşi ruhunu təcəssüm etdirib. 
Gecədə diqqət çəkən digər məqam quşlarla şou proqram olub.
Filmin rejissoru Stiven Geyqandır. Filmdə Robert Dauni Jr., Tom Holland, Emma Tompson, Rami Malek, Maykl Şin, Reyf Fayns, Selena Qomes, Marion Cotilyar, Antonio Banderas, Cessi Bakli və başqaları çəkilib.
Filmin məzmununa gəlincə, Viktoria İngiltərəsində yaşayan məşhur baytar həkim Dulittl yeddi il öncə həyat yoldaşını itirir və bundan sonra evinin yüksək divarlarının arxasında gizlənərək monoton həyat tərzi keçirir. Onun yeganə dostları kolleksiyasında olan ekzotik heyvanlardır. Ancaq naməlum xəstəlik gənc kraliçanın həyatına təhlükə yaratdığı zaman həkim Dulittl evini tərk etmək və əfsanəvi adaya ağlasığmaz səyahət etmək məcburiyyətindədir.
Tədbirin təşkilində “Light in Black” kreativ şirkəti, “Aya Rzali” və “Strafor Kəsim” dekorasiya şirkəti, Vüqar Cabbarlıdan “Ekzotik_show”, “Kolorit” kafesi, “Abşeron Sharab”, “Şeh Su” və “Red Bull” kömək göstəriblər.











































Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/cinemaplus-da-doktor-dulittlin-heyretamiz-seyaheti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR