Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi

Paşinyan erməni əsgərlərin intiharını bazara bənzətdi
14:22 21 Fevral 2020
287 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Ordusunda dinc şəraitdə qeydə alınan hərbçi ölümlərinin səbəbi kriminal submədəniyyətin varlığı ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan danışıb.

Paşinyan bu mövzuda çox düşündüyünü və ölüm hallarının səbəbləri ilə bağlı bir sıra versiyalarının olduğunu qeyd edib.

"Kriminal submədəniyyətə qarşı mübarizə mənim göstəriş verdiyim miqyasda aparılmadığı üçün iki məsul şəxs tutduqları vəzifədən azad edilib", - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, ölüm hallarına hərbçilərin maaşlarının artması da səbəb ola bilər:

"Pul vəsaitinin həcmi artanda mübahisələr və "bazarlar" da güclənir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR