Tramp "Oskar" alan "Parazitlər" filmini tənqid edib

Tramp "Oskar" alan "Parazitlər" filmini tənqid edib
14:37 21 Fevral 2020
295 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp "Oskar" mükafatının Cənubi Koreya filmi "Parazitlər"ə verilməsini tənqid edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, bu barədə Kolorado ştatındakı mitinqdə çıxışı zamanı deyib.

"Bu il kinoakademiya nə pis mükafat verib. Qalib də Cənubi Koreyadan olan filmdir. Orada nə baş verir? Bizim Cənubi Koreya ilə ticarət sahəsində kifayət qədər problemlərimiz var və belə vaxtda onlara ilin ən yaxşı filmi mükafatını verirlər. Bu normaldır? Bilmirəm. Gəlin "Küləklə sovrulanlar"ı qaytaraq, lütfən... Qalib isə Cənubi Koreyadandır. Mən düşünürdüm ki, bu, ən yaxşı xarici filmdir. Yox. Əvvəllər belə şey olurdu?", - Tramp bildirib.

Qeyd edək ki, Cənubi Koreya rejissoru Pon Çjun Honun "Parazitlər" filmi "İlin ən yaxşı filmi" seçilib.

Beləliklə, "Oskar" ilk dəfə ingilis dilində çəkilməyən filmə verilib. Ekran əsəri bundan başqa ən yaxşı rejissor işi, ən yaxşı ssenari və ən yaxşı əcnəbi film kateqoriyalarında da qalib olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR