Azərbaycanda ilk ödənişli yol bu tarixdə istifadəyə veriləcək

Azərbaycanda ilk ödənişli yol bu tarixdə istifadəyə veriləcək
14:43 21 Fevral 2020
60 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bu ilin sonuna qədər Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən çəkilən yeni alternativ yolun 100 kilometrlik hissəsinin tikintisinin başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulur”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanda ilk ödənişli yol olacaq.

“Alternativ yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsi bərpa ediləcək. Hər il bu yolun sıradan çıxmış hissələri təmir edilir”, - S.Məmmədov əlavə edib.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/305675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR