Göygöldə oğurluq edən şəxslər tutulub

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

Metbuat.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, 31 yaşlı Xəyal Orucov, 28 yaşlı ElvinMəmmədov, 35 yaşlıƏrşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. E. Məmmədov, X. Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Ə. İsmayılovun yerinin müəyyənləşdiriliGöygöl ,oğru,b istintaqa təqdim edilməsi istiqamətidə tədbirlər davam etdirilir.(apa)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR