AVRO-2020: 37 min şəxs könüllülük üçün müraciət edib

AVRO-2020: 37 min şəxs könüllülük üçün müraciət edib
15:02 21 Fevral 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa çempionatı üçün müraciət edən könüllülərin sayını açıqlayıb.
"Report" qurumun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, AVRO-2020 üçün 159 ölkədən 37 min könüllünün müraciət etdiyi bəlli olub. Bu isə 2016-cı ildə Fransada keçirilmiş yarışdan 15 min çoxdur.
Bildirilib ki, artıq 12 min könüllü qeydiyyata alınıb. Könüllülük üçün müraciət edənlərin 18 faizi Bakıdan olub. Növbəti sıralarda Rusiyanın Sankt-Peterburq şəhəri (16 faiz), İngiltərənin paytaxtı London (10 faiz) qərarlaşıb. İlk "5-liy"i İtaliyanın paytaxtı "Roma" (10 faiz) ilə Macarıstanın paytaxtı Budapeşt qapayır.
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-37-min-sexs-konulluluk-ucun-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR