Tanınmış ekspertlər "Metbuat.az" saytından danışdı

Bu gün "Metbuat.az" İnformasiya Agentliyinin peşəkar fəaliyyətinin 3 illiyi tamam olur.

Metbuat.az bildirir ki, bu münasibətlə tanınmış ekspertlər saytımızla bağlı fikirlərini bölüşüblər:

Psixoloq Gülnar Orucova - "Metbuat.az" saytı uzun müddətdir tanıdığım saytlardan biridir. Bəzi saytlardan fərqli olaraq hər zaman doğru xəbərləri, insanlara lazım olan, cəmiyyət üçün vacib olan, məlumatlandırıcı, maarifləndirici xarakter daşıyan, düzgün məlumatları yazan bir sayt kimi tanımışam. Bəzi saytlar olur ki, hər hansı bir müsahibə verəndə çox oxunsun deyə fikirləri dəyişirlər, müsahibi pis vəziyyətdə qoyurlar. Amma bunu sizdə görmədim. Hər zaman doğru, düzgün xəbər saytı olduğunuza əmin oldum. "Metbuat.az" saytının bir neçə əməkdaşına müsahibə vermişəm və hər zaman dediyim sözlərin eynisi oxumuşam. Sizlərə fəaliyyətinizdə uğurlar arzu edirəm. Bəyəndiyim saytlardan və savadlı jurnalistləri ilə seçilən saytlardan birisiniz.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev - Əvvəla sizin "Metbuat.az" saytının 3 yaşının tamam olması münasibəti ilə bütün kollektivi səmimi qəlbdən təbrik edirəm, sizə indiki və bundan sonrakı fəaliyyətininzdə uğurlar arzu edirəm. "Metbuat.az" az sayda olan media qurumlarındandır ki, ölkədə və dünyada baş verən hadisələri qərəzsiz, həm də operativ yayımlayır. Bu da sizin peşəkarlığınızın göstəricisidir. Mən hər gün ölkə və dünyada baş verən xəbərləri oxumaq üçün Azərbaycan saytlarından 5-6 sayta daxil oluram ki, bunlardan biri də "Metbuat.az"dır. Bir daha təbrik edirəm "Metbuat.az" ailəsini, işlərinizdə uğurlar arzulayıram, mənə də göstərdiyiniz diqqət üçün təşəkkür edirəm.

Jurnalist, sosioloq Lalə Mehralı - "Metbuat.az" saytını xüsusilə sosial mövzularda hazırladığı maraqlı materiallara görə izləyirəm. Eyni zamanda həm qərəzsiz, həm də operativ informasiya çatdıran xəbər ünvanıdır. Əməkdaşlarının peşəkarlığı hazırladığı xəbərlərdən bilinir. Əgər bir xəbər ünvanı - sayt, qəzet, tv, nə olursa olsun cəmiyyətimiz üçün lazımlı, faydalı xəbərlər təqdim edirsə, o ancaq alqışa layiqdir. "Metbuat.az" saytı da bu qəbildən olan saytdır. Uğurlar və bol xəbər arzu edirəm.

Təhsil üzrə ekspert Elçin Əfəndi - "Metbuat.az" rəhbərliyini, kollektivini təbrik edirəm. Həm sayta, həm də bütün əməkdaşlarına uğurlar və 100 yaş qeyd etməyi arzu edirəm. "Metbuat.az" hər zaman qərəzsiz və xəbəri dolğunluğu ilə çatdırmaq baxımından diqqətimi çəkib. Bundan sonrakı fəaliyyət dönəmində də öz ampluasında olmasını istəyirəm. Xüsusilə təhsil sahəsi ən aparıcı olduğu üçün mövzu hər zaman diqqətdə qalsa əla olar. Bir daha uğurlar arzulayıram.

Hərbi ekspert Ramil Məmmədli - "Metbuat.az" saytı ilə artıq 3 ildir tanışam və bu müddət ərzində çox səmərəli əməkdaşlıq etmişik. Operativ və işinə peşəkar yanaşan kollektivin olduğunu ilk gündən hiss etmişəm. Əslində bir media qurumu olaraq fəaliyyət dövrü çox deyil. Lakin bu müddətdə özünə həm oxucu, həm də əməkdaşlıq etdiyi əhatə formalaşdırıb. Üç il ərzində güclü rəqabətin mövcud olduğu media məkanında "Metbuat.az" saytının bu şəkildə inkişaf etməsinin özü bir nəaliyyətdir. Qarşıda sizi media məkanında daha da möhkəmlənmək gözləyir. Ümid edirəm ki, yaxın tarixdə "Metbuat.az" nəinki Azərbaycanda, həm də xarici ölkələrdə öz oxucu kütləsinə malik olsun. Bununla qazanan ancaq Azərbaycan olacaq.

Psixoloq İlahə Dəmirbəy - Bu münasibətlə sizi təbrik edirəm. Bu fikrin təsisçisinə, bu şirkətin təsisçisimə təşəkkür edirəm ilk növbədə. "Metbuat.az" əsasən insanlarda maraq doğuran, daim insanların axtardığı, insanların məlumat ala biləcəyi, dolğun, düzgün, tərəfsiz və qərəzsiz, heç bir ironiya etmədən, heç bir qınaq obyektinə çevirmədən, dolğun şəkildə gündəlik hadisələr barədə, yaxud da müxtəlif mövzularda maarifləndirici paylaşımlar etmək - bu düşünürəm ki, mətbuatın ilkin amallarından biridir.

Mən artıq 3 ildir ki, "Metbuat.az" saytını tanıyıram, zaman-zaman müxtəlif əməkdaşları ilə çalışmışam və bu sayt öz tərəfsizliyi, qərəzsizliyi, peşəkarlığı ilə öz sözünü deyib və məncə bundan sonra da deyəcək. Sizə peşəkar fəaliyyətinizdə uğurlar arzu edirəm. Saha gözəl nailiyyətlər əldə etməyinizi diləyirəm. Hər zaman insanların düşüncəsinə, fikirlərinə hörmətlə yanaşaraq məlumatları necə paylaşırsızsa, elə də paylaşmanızı tövsiyyə edirəm və bir daha təbrik edirəm. Bu gün 3 yaşınız tamam olur, 30 yaşınızı və daha çoxunu birlikdə qeyd edək. Fikirlərimə saytınızda tez-tez yer verdiyiniz üçün təşəkkür edirəm.

Siyasi şərhçi İlyas Hüseynov - Peşəkar fəaliyyətinizin 3 illiyi münasibəti ilə kollektivinizi ürəkdən təbrik edirəm. Düşünürəm ki, "Metbuat.az" Azərbaycan kütləvi informasiya vasitələri içində özünəməxsus xəbərləri olan qabaqcıl saytlardandır. Tez-tez ictimai rəydə əsas mövqe turan ekspertlərdən münasibət öyrənirlər. Siyasi sahədə mənim fikirlərimə də tez-tez yer verdiyiniiz üçün sizə təşəkkür edirəm. Ümumilikdə ölkəmizin reallıqlarını, ölkəmizdə baş verən prosesləri, ictima-siyasi həyatda olan xəbərləri Azərbaycan oxucusuna çatdırmaqda sizə uğurlar arzu edirəm. Ölkəmizin bütün oxucularına yalnız yaxşı xəbərləri, qələbə xəbərlərini çatdırmağınızı arzulayıram.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR