Azərbaycanın İtaliyadan alacağı qırıcıların İNANILMAZ ÖZƏLLİKLƏRİ - Düşmən 3 tonluq bombalarla yox ediləcək

Azərbaycanın İtaliyadan alacağı qırıcıların İNANILMAZ ÖZƏLLİKLƏRİ - Düşmən 3 tonluq bombalarla yox ediləcək
15:03 21 Fevral 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində hərbi əməkdaşlıq sahəsində mühüm sənəd imzalandı. Razılaşmaya görə, Azərbaycan İtaliyadan “M-346” təyyarələri alacaq.

Publika.az
“M-346” təyyarəsinin gücünü təqdim edir:

Ekipaj: 2
Uzunluq: 11,49 metr
Qanadının uzunluğu: 9,72 metr
Hündürlük: 4,76 metr
Qanad trayektoriyası: 23,52 metr
Boş çəkisi: 4610 kiloqram
Normal uçuş kütləsi: 6700 kiloqram
Maksimum uçuş kütləsi: 9500 kiloqram
Daxili çənlərin yanacaq tutumu: 2000 litr
Xarici çənlərin tutumu: hər biri 505 kiloqram olan 3 PTB
də birgə yanacaq tutumu: 505
Maksimal sürət: 1060 km/saat
Uçuş məsafəsi: 100 faiz yanacaqla 2000 kilometr, xarici çənlərlə birlikdə ümumilikdə 2700 kilometr
Uçuş hündürlüyü: 13700 metr
Yüksəkliyə qalxma sürəti: saniyədə 112 metr, dəqiqədə 6705 metr
Qanadın yüklənməsi: 285 km/m²
Raketlərin çəkisi: 3000 kiloqram.

Məlumata görə, Azərbaycan bu təyyarədən 10 vahid alır, o cümlədən, yeniləri də sifariş verilib.

“M-346” təyyarələrinin göstəriciləri Dağlıq Qarabağda mümkün müharibə zamanı istifadəyə yararlıdır. Xüsusilə təyyarənin dağ relyefində çevik hərəkət etməsi, 13700 metr yüksəkliyə qalxa bilməsi və 3 ton ağırlığında raket, yaxud bomba daşımaq qabiliyyəti diqqət çəkir. Bu təyyarələr mümkün müharibədə Azərbaycan Ordusuna düşmənin ən iri hərbi obyektlərini 3 tonluq bombalarla darmadağın etmək imkanı verir.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/305676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR