MSK-dan Eldar Quliyevin lider olduğu dairə barədə

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Süleymanlı Aygün Yunis qızının müraciətinə baxılıb.

Metbuat.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçi səsvermə günü pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı müraciətdə göstərilən hallar öz əksini tapmayıb. Ona görə şikayətlə bağlı dairə seçki komissiyasının qərarı qüvvədə saxlanılmalıdır. Bu səbəbdən şikayətçinin müraciəti təmin edilməməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsinin lider namizədi Eldar Quliyevdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR