“Azəriqaz”da koronavirusdan qorunma yolları ilə bağlı maarifləndirici tədbir keçirilib

“Azəriqaz”da koronavirusdan qorunma yolları ilə bağlı maarifləndirici tədbir keçirilib
17:42 21 Fevral 2020
106 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni növ koronavirus (2019-nCOV) xəstəliyinin yayılması ilə bağlı maarifləndirici tədbir keçirilib.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, tədbirdə Birliyin idarə, departament və şöbələrində çalışan işçi personalı iştirak edib.
Yeni növ virusla bağlı çıxış edən SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin rəisi Nizami İsmayılov xəstəliyin simptomları, onun yayılma və ondan qorunma yolları barədə ətraflı məlumat verib.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-da-koronavirusdan-qorunma-yollari-ile-bagli-maariflendirici

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR