Naxçıvanda faciə:

Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az "qafqazinfo" - ya istinadən xəbər verir ki, qəza fevralın 20-də saat 12 radələrində qeydə alınıb.

Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi "VAZ-21074" və Ə.Məmmədovun idarə etdiyi "QAZel" markalı avtomobillər toqquşub.

Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR