Kibertəhlükəsizliyin artması üçün özəl sektorun möhkəmlənməsi lazımdır

Kibertəhlükəsizliyin artması üçün özəl sektorun möhkəmlənməsi lazımdır
17:57 21 Fevral 2020
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkədə kibertəhlükəsizliyin səviyyəsini artırmaq istəyiriksə, özəl sektorun möhkəmlənməsini təmin etməliyik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.

O bildirib ki, bunun üçün iki istiqamətdə işlər görülməlidir:

"İlk növbədə bu, kibertəhlükəsizlik sahəsində proqram təminatının yaradılması ilə məşğul olan IT şirkətlərin dəstəklənməsidir. İkinci vacib istiqamət startap layihələrə dəstək göstərməkdir".

R.Əzizov əlavə edib ki, hazırda innovasiya mərkəzlərində və agentliklərdə hazır startaplar mövcuddur:

"Əsas problem inkişafın və reallaşdırmanın aşağı sürətidir. Bunun nəticəsi olaraq, bu layihələr digər ölkələr tərəfindən əldə oluna bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR