Epidemiya ilə mübarizəyə görə toyunu təxirə salan həkim koronavirusdan vəfat edib - FOTO

Epidemiya ilə mübarizəyə görə toyunu təxirə salan həkim koronavirusdan vəfat edib - FOTO
22:52 21 Fevral 2020
301 Dünya
Ölkə mətbuatı
A- A+

Çində yeni tip koronavirusla (COVID-2019) mübarizəyə görə toyunu təxirə salan gənc həkim virus səbəbindən vəfat edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, virusun episentri olan Uxan şəhərindəki 1-ci Xalq Xəstəxanasının həkimi olan 29 yaşlı Pen İnhua iş prosesində koronavirusa yoluxub və fevralın 20-də ölüb. Məlum olub ki, gənc pulmonoloq epidemiya ilə mübarizəyə qoşularaq, fevralın 1-nə təyin etdiyi nikah mərasimini təxirə salıbmış. Pen və nişanlısı hətta nikah mərasimindən əvvəl toy fotosessiyası da ediblər.

Onun ölümü Çində sosial şəbəkə istifadəçilərinin kədərinə səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR