Türkiyədə DƏHŞƏTLİ VƏZİYYƏT: Kəndlər boşaldılır - Sakinlər yüksək ərazilərə qaçır

Türkiyənin Uşak vilayətindəki nəhəng su bəndində çatların əmələ gəlib.

Metbuat.az xəbər verir ki, təhlükə səbəbiylə 4 kəndin sakinləri təcili təxliyə edilib. Minlərlə sakin müvəqqəti düşərgələrə və otellərə yerləşdirilib. Məktəblərdə tətil elan edilib. İş yerləri bağlanıb. Mütəxəssislər ötən gün əmələ gələn çatların təhlükəli səviyyədə olduğunu bildiriblər.

Təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçən müvafiq qurumlar, bəndə hündürlüyü 25 metrə çatan suyu boş ərazilərə boşaldırlar. Bəndə suyun səviyyəsi 2 metrə qədər azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR