İranda parlament seçkiləri yubanma ilə başa çatdı

İranda parlament seçkiləri yubanma ilə başa çatdı
01:07 22 Fevral 2020
171 Digər
Ölkə mətbuatı
A- A+

İranda seçki məntəqələri bağlanıb və parlament seçkiləri başa çatıb.
“Report” xəbər verir ki, parlament seçkiləri ötən gün yerli vaxtla saat 8:00-də (Bakı vaxtı ilə saat 8:30-da) başlayıb. Səsvermələr saat 18:00-da (Bakı vaxtı ilə saat 18:30) qurtarmalı idi. Lakin bir sıra məntəqələrdə səsvermələrin müddəti artırılıb. Hakimiyyət orqanları bildirib ki, bu, seçicilərin sayının çoxluğu ilə əlaqədardır.
Səsvermə Bakı vaxtı ilə saat 00:30-da başa çatıb. Seçkilərin keçirilməsi üzrə qərargahın rəsmi nümayəndəsi İsmayıl Musavi səsvermələrin başa çatdığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-parlament-seckileri-bir-nece-saat-sonra-basa-catdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR