İranda parlament seçkiləri yubanma ilə BAŞA ÇATDI

İranda parlament seçkiləri yubanma ilə BAŞA ÇATDI
07:48 22 Fevral 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

İranda seçki məntəqələri bağlanıb və parlament seçkiləri başa çatıb.

Publika.az xəbər verir ki, parlament seçkiləri ötən gün yerli vaxtla saat 8:00-də (Bakı vaxtı ilə saat 8:30-da) başlayıb. Səsvermələr saat 18:00-da (Bakı vaxtı ilə saat 18:30-da) qurtarmalı idi. Lakin bir sıra məntəqələrdə səsvermələrin müddəti artırılıb. Hakimiyyət orqanları bildirib ki, bu, seçicilərin sayının çoxluğu ilə əlaqədardır.

Səsvermə nəhayət Bakı vaxtı ilə saat 00:30-da başa çatıb. Seçkilərin keçirilməsi üzrə qərargahın rəsmi nümayəndəsi İsmayıl Musavi səsvermələrin başa çatdığını bildirib.//Report.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/305734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR