Qolf daha uzunömürlü həyat təmin edir

Qolf daha uzunömürlü həyat təmin edir
07:52 22 Fevral 2020
Ölkə mətbuatı
A- A+

ABŞ-da Missuri Universitetində aparılan bir araşdırma, qolf yetkin insanların sağlamlıqlarına yaxşı təsir etdiyini göstərib. 20 ilə 65 yaş arasında 5.900 insanın ürək xəstəliyi haqqında sağlamlıq məlumatları üzərində aparılan araşdırma, qolf oynayanların ölüm nisbətlərinin daha aşağı olduğunu göstərdi.

Araşdırmaya qatılanlarda 6 ayda bir ürək müayinəsi tətbiq olundu. Ürək müayinələri nəticəsində iştirakçıların ürək sağlamlıqlarının zamanla dəyişməsi müşahidə edildi.

Missuri Universitetinin alimləri araşdırmadan əldə edilən məlumatlarla qolf oynayan insanların sağlamlıq vəziyyətlərini müəyyən etdilər. Araşdırmaya qatılan insanlar ayda ən az bir dəfə qolf oynayanlar, nizamlı qolf oyunçuları olaraq ayırıldılar.

Məlumatlarda edilən bu seçmə üsulu, 384 nəfəri nizamlı qolf oyunçusu olaraq təyin etdi. Nizamlı olaraq golf oynayan 384 insanın 8% iflic keçirdiyi və 10% infarkt keçirdiyi aydın oldu. Ancaq bütün iştirakçıların ölüm nisbətləri müqayisə edildiyində, nizamlı qolf oynayan insanların 10% nisbətində daha aşağı ölüm nisbətinə sahib olduqları təyin olundu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR