Rusiya NATO-ya nüvə zərbəsi endirib - ABŞ-ın yeni təlim ssenarisi

ABŞ Rusiyanın Avropaya nüvə zərbəsi endirməsinə hazır olmaq məqsədilə hərbi təlimlər keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı fevralın 21-də baş tutan brifinq zamanı Pentaqonun nümayəndəsi məlumat verib.

“Təlimlərin ssenarisinə əsasən, Rusiya Avropa ilə müharibə aparır və RF NATO ərazisində yerləşən obyektə qarşı az güclü nüvə silahından məhdud şəkildə istifadə edir”, - deyə nümayəndə bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi həmçinin qeyd edib ki, ABŞ Avropada ballistik və qanadlı raketlər yerləşdirəcək.

Təlimlər Nebraska şəhərindəki hərbi bazada keçirilib. Prosesdə ABŞ-ın Müdafiə naziri Mark Esper və respublikaçı konqresmen Ceff Fortenberr də iştirak edib.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR