İsveç elektron krona yaratmağa hazırlaşır

İsveç elektron krona yaratmağa hazırlaşır
11:17 22 Fevral 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

İsveç Mərkəzi Bankı və “Accenture” konsaltinq şirkəti elektron krona yaratmaq üzrə pilot layihənin icrasına başlayıb.
“Report” xəbər verir ki, bu barədə İsveç Mərkəzi Bankının saytında məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi istifadəçi üçün nağd pul əlavə edə biləcək rahat kriptovalyuta yaratmaqdır. Elektron kronanın simulyasiya rejimində sınaqdan keçiriləcəyi qeyd olunur.
Rəqəmsal valyutanın istifadəçinin elektron pul qabına ödənilməsi planlaşdırılır. Kriptovalyutadan alış-veriş zamanı ödəməni həyata keçirmək və ya hesabın artırılması üçün istifadə etmək mümkün olacaq, həmçinin, istifadəçilər mobil tətbiqetmə vasitəsilə vəsaiti nağdlaşdıra biləcəklər.
Eyni zamanda, İsveç Mərkəzi Bankı hazırda kriptovalyuta buraxılması barədə qərar verilmədiyini, pilot layihənin bank üçün elektron krona haqqında məlumat mənbəyinə çevriləcəyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-svec-elektron-krona-yaratmaga-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR