Küveyt İranla uçuşları dayandırdı - Koronavirus

Küveyt İranla uçuşları dayandırdı - Koronavirus
11:37 22 Fevral 2020
275 Dünya
Ölkə mətbuatı
A- A+

Küveyt İranla aviaəlaqəni dayandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar İranda koronavirusa yoluxma hallarının qeydə alınması ilə əlaqədar qəbul edilib.

Qeyd olunur ki, son iki həftə ərzində İranda olmuş xarici vətəndaşların da Küveytə daxil olması qadağan edilib. İrandan gəlmiş Küveyt vətəndaşları isə karantinə alınacaq.

Küveyt hökuməti yerli sakinləri İrana getməməyə çağırıb.

Qeyd edək ki, son günlər ərzində İranın müxtəlif əyalətlərində koronavirusa 18 yoluxma halı qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR