Bakı polisi axtarışda olan 26 nəfəri bir gündə saxladı

Bakı polisi axtarışda olan 26 nəfəri bir gündə saxladı
11:42 22 Fevral 2020
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də 34 cinayətin üstü açılıb.

Mİlli.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 7, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR