Lerikdə avtomobil dərəyə aşıb, biri azyaşlı olmaqla 2 nəfər ölüb

Lerikdə avtomobil dərəyə aşıb, biri azyaşlı olmaqla 2 nəfər ölüb
13:17 22 Fevral 2020
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerikdə avtomobil dərəyə yuvarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi olan Orandda qeydə alınıb. Mail Rəhimovun idarə etdiyi "UAZ" markalı avtomobil dərəyə aşıb. Nəticədə ilkin məlumata görə, hadisə yerində sərnişinlər arasında olan azyaşlı dünyasını dəyişib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Digər yaralılar isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Maşının idarəetmədən çıxmasına səbəb kimi yolun qarla örtülü olması göstərilirr.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR