Professor Vildan Ertekin:

Koronovirus hazırda dünyada ən vacib xəstəliklərindən birinə çevrilib. Bu xəstəlikdən qorunmaq üçün ən əsas vasitə tez-tez yuyunmaqdır".

Metbuat.az xəbər verir ki, Türkiyənin Acıbadəm Universitetinin Atakənd xəstəxanasının uşaq qastroentoloji, hepotoloji və düzgün qidalanma üzrə professoru Vildan Ertekin bildirib.

Onun sözlərinə görə, uşaqları virusdan qorumağın ən əsas şərti ana südüdür: "Uşaqlara 2 yaşına qədər mütləq ana südü verilməlidir. Bir damcı ana südü belə uşaqlar üçün dərman kimidir. Ona görə 6 ay körpəyə yalnız ana südü, 6 ayından 2 yaşına qədər isə əlavə qida ilə birgə yenə də ana südü verilməlidir. Yuxarı yaşlı uşaqları da insanların çox olduğu yerdən uzaq tutmaq lazımdır. Ancaq əgər uşaq hava limanı kimi adamların çox olduğu getməyə məcburdusa valideyn mütləq uşağa qoruyucu maska taxmalıdır. Uşaqların əli tez-tez yuyulmalı və sağlıqlı qidalarla qidalandırılmalıdır".(apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR