Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi

İsveçin Helsinqborq şəhərində təşkil olunan taekvondo üzrə “Prezident Kuboku”nda təkcə idmançılarımız yaxşı çıxış etməyib.

Metbuat.az xəbər verir ki, 18 fevral tarixində start verilən yarışda ədalətli qərarlarına görə Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev yarışın “ən yaxşı hakimi” adına layiq görülüb.

Qeyd edək ki, bu yarışda Azərbaycanın böyüklərdən ibarət komandası bir qızıl və dörd bürünc medal qazanıb. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR