Heyvanlar buz dövründə necə sağ qaldı? - Maraqlı faktlar

Heyvanlar buz dövründə necə sağ qaldı? - Maraqlı faktlar
16:27 22 Fevral 2020
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yer kürəsində ən qorxunc təbii fəlakətlərdən biri olan buz dövründə canlılar necə sağ qaldı? Milyonlarla il əvvəl baş verən təbii fəlakət nəticəsində niyə canlı populyasiya yox olmadı?

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, Kanadanın Makgill Universiteti buz dövrü ilə bağlı yeni faktları açıqlayıb.

Buz dövrü, okeanların atmosferdəki oksigeni qəbul edə bilmədiyi və Yer kürəsinin buzlaqlar altında qaldığı bir dönəmdi. Buna baxmayaraq, canlıların sağ qalması təəccüblüdür.

Namibiya, Avstraliya və ABŞ-da (Kaliforniya) buzlaqların əriməsindən sonra dəmirlə zəngin qayalar üzərində aparılan araşdırmada yeni məlumatlar əldə edilib.

Dəmirin əmələ gəlməsi üzərində araşdırma aparan araşdırmaçılar təxminən 700 milyon il əvvəl okeanlardakı oksigenin həcmini müəyyən etməyi və bunun sulardakı həyata təsirlərini öyrənib. Araşdırmadan əldə olunan nəticələr əsasında buz təbəqələrinin olduğu bölgələrdə kritik miqdarda oksigenli su olduğu müəyyənləşib.

Beləliklə, 700 milyon il əvvəl hökmranlıq etmiş buz dövründən sonra canlı həyat ortaya çıxan gölməçələrdə davam edib. Əlverişsiz şərtlərə baxmayaraq, canlı populyasiya buzlaqların altında da mövcud idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR