Sidik kisəsi xərçəngini simptonlarından 10 il qabaq müəyyən etmək olacaq

Sidik kisəsi xərçəngini simptonlarından 10 il qabaq müəyyən etmək olacaq
16:42 22 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Sidik kisəsinin xərçəngini sidikdəki sadə biomarker vasitəsilə müəyyən etmək mümkündür.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aparılan tədqiqatların nəticələri "EbioMedicine" jurnalında yerləşdirilib.

Alimlərin gəldikləri nəticəyə əsasən, bu biomarker simptomlar müəyyən edilməmişdən 10 il əvvəl xəstəliyin mövcudluğunu göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, əksər hallarda sidik kisəsi xərçəngi zamanı  telomerazın (TERT) əks transkriptazının genində mutasiyalar müşahidə olunur. Bu mutasiyalar sidik nümunələrində tapıla bilər, lakin indiyədək bu biomarkerin xəstəliyin erkən diaqnostikası üçün effektiv vasitə ola biləcəyi məlum deyildi.

Qeyd edilir ki, Ümümdünya Səhiyyə Təşkilatının yanında Xərçəng Tədqiqatları üzrə Beynəlxalq Agentliyin alimləri qan, sidik, saç və dırnaq nümunələrinin biobankını yaradıblar. 2004-cü ildə işə salınmış layihədə 50 mindən çox sağlam insan iştirak edib. Məlum olub ki, eksperimentin 38 iştirakçısında sidik kisəsi xərçəngi aşkar edib, TERT mutasiyaları könüllülərin 46,7% - də aşkar edilib. Xərçəngsiz qrupda bu mutasiyalar müşahidə edilməyib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR