Türk ordusu yüzlərlə İran əsgərini MƏHV ETDİ

Türk ordusu yüzlərlə İran əsgərini MƏHV ETDİ
16:48 22 Fevral 2020
104 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsində Bəşər Əsəd rejiminin cəbhəsində döyüşərkən ölən İran dəstəkli terrorçu qruplaşmalara məxsus 34 nəfərin meyiti Deyr-əz-Zor şəhərində aparılıb.

Publika.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun əmrindəki xarici terrorçu qruplaşmaların itkiləri artmaqda davam edir.

“Anadolu” agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, son 4 gündə onlarla yaralı İraq sərhədinə doğru aparılıb.

Bununla belə, Əsəd rejimi və dəstəkçilərinin İdlib bölgəsində hücuma keçməsi ilə birlikdə Suriyadakı türbələri ziyarət adı altında sərhədi keçən yüzlərlə insan İdlibdə rejim cəbhəsində savaşan qruplaşmalara daxil olub.

Qeyd edək ki, ötən həftə 100 terrorçunun cəsədi Deyr-əz-Zora aparılmışdı.

Rejim gəncləri girov götürür

Suriya müxalifləri ilə döyüşlərdə ciddi itkilər verən rejim qüvvələri cəbhəsini gücləndirmək üçün Deyr-əz-Zor və ətraf ərazilərindəki gəncləri qarşıdurma bölgələrinə göndərmək üçün müşahidə məntəqələrinə girov saxlayır.

İran dəstəkli qrupların Suriyadakı varlığı

Suriyadakı vətəndaş müharibəsində rejimin quru qoşunları vəziyyətinə gələn xarici terror təşkilatları ən çox İraq sərhədində fəaliyyət göstərir.

İran, İraq, Livan, Əfqanıstan və Pakistan əsilli terrorçu qruplara İran İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərlik edir.

Hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusu, Nücəba Hərəkatı, Bakir Tuqayı, 104-cü Tuqay və 4-cü Firqəyə bağlı Qays qüvvələrindən ibarət hərbi ünsürlər İdlib və Hələbdə rejim cəbhəsində döyüşür.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/305769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR