Məhvə məhkum rekordçu planet tapıldı

Məhvə məhkum rekordçu planet tapıldı
16:57 22 Fevral 2020
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Astronomlar qaynar yupiterlər sinfinə aid, ana ulduzun ətrafında ultraqısa dövrə malik ekzoplanet aşkarlayıblar. NGTS-10b adı verilən planetin öz ulduzu ətrafında tam dövrü 18,5 saat edir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Monthly Notices of the Royal Astronomical Society"nin müəlliflərinin yazdığına görə,  bu, elmə məlum olanlar arasında ən qısa dövrə malik qaynar yupiterdir. 

NGTS-10b planeti tranzit üsulla* axtarış üçün nəzərdə tutulan NGTS (Next-Generation Transit Survey) sistemi vasitəsilə aşkarlanıb. Ekzoplanet Yerdən 600 işıq ili aralıda, Göyərçin bürcü istiqamətində yerləşən NGTS-1 sistemindədir. Ana ulduz 10 milyard yaşı olan qırmızı cırtdandır, onun ətrafında isə 9 planet - 6 qaynar yupiter, 1 qəhvəyi cırtdan və bir məsaməli planet (və ya şişmiş qaynar saturn) və 1 minineptun - fırlanır.

​Yeni aşkarlanan ekzoplanetin çəkisi iki Yupiter boydadır, radiusu isə Günəş sisteminin ən nəhəng planetinin radiusundan 1,2 dəfə böyükdür. Ana ulduza rekord həddə yaxınlığı səbəbindən planetlə ulduz arasında mövcud olan qarşılıqlı əlaqələrin öyrənilməsi üçün NGTS-10b ideal namizəddir. Ekzoplanetlə öz günəşinin arasındakı məsafə Roş həddindən (dairəvi orbitin elə həddidir ki, bundan aşağı radiusda ulduzun cazibə qüvvəsi planeti parçalamağa qadirdir) cəmi 1,5 dəfə uzundur. Hesablamalara görə, məhvə məhkum NGTS-10b planeti Roş həddini təxminən 38 milyon il sonra keçəcək. 

*Tranzit metod - ana ulduzun fonundan keçən kosmik obyektlərin axtarışını ehtiva edir. Tranzit zamanı ana ulduzun parıltısı azalır, bunu hiperhəssas fotometrlə qeydə almaq olur.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR