Bu planetdə bir il 18 saatdır

Bu planetdə bir il 18 saatdır
17:02 22 Fevral 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Alim-astronomlar bir ilin 18 saat olduğu ekzoplanet aşkarlayıblar.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Uorik Universiteti məlumat yayıb. 
Astronomlar ölçüsü Yupiter qədər olan və öz ulduzu ətrafında 18 saata dövriyyə vuran ekzoplanet  kəşf ediblər. Planetə “NGTS-10b” adı verilib.
“NGTS-10b” Yer kürəsindən təxminən min işıq ili məsafəsində yerləşir. O yalnız ölçüsü ilə deyil, həm də qaz tərkibinə görə  Yupiterə oxşayır. Lakin Yupiterdən fərqli olaraq, bu ekzoplanet öz ana ulduzuna əhəmiyyətli dərəcədə daha yaxın məsafədə yerləşir. Elə bu səbəbdən də iki planet arasında ilin uzunluğunda bu qədər fərq var: 12 il 18 saata qarşı.
“NGTS-10b”nin ulduza bu qədər yaxın olmasına görə orada temperatur min dərəcəyə çatır və planet günəşin güclü təsirindən məhvolma riski altındadır.
Tədqiqatda həmin ekzoplanetdə rubin və sapfir kimi qiymətli daşlardan ibarət “yağışlar”ın da olduğu bildirilir.  

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/bu-planetde-bir-il-18-saatdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR