İcra başçısında koronavirus aşkarlandı

İcra başçısında koronavirus aşkarlandı
17:12 22 Fevral 2020
277 Dünya
Ölkə mətbuatı
A- A+

Tehranın 13-cü rayonunun icra başçısı Murtaza Rəhmanzadə koronavirusa yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, o, ötən gecə koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Analizlərinin nəticələri M. Rəhmanzadənin koronavirusa yoluxduğunu təsdiqləyib, analizlərin son nəticəsi yaxın saatlarda açıqlanacaq.

Digər tərəfdən Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi Rəfsəncani və şuranın digər üzvləri onunla təmasda olduğu üçün koronavirusa görə analiz veriblər.

Hadisə ilə əlaqədar Tehran Şəhər Şurasının iclasları təxirə salınıb.

Qeyd edək ki, İranda koronavirus sürətlə yayılmaqdadır. Ölkənin müxtəlif şəhərlərində   insanlar infeksiyaya qarşı tədbirlər görür. Apteklrədə maska çatışmazlığı yaranıb. Bu gün Tehranda maska və infeksiyaya qarşı spirt paylanılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/828058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR