MSK DSK-nın qərarını qüvvədə saxladı

MSK DSK-nın qərarını qüvvədə saxladı
17:22 22 Fevral 2020
46 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Sabunçu üçüncü seçki dairəsindən namizəd Tahir Poladzadənin müraciətinə baxılıb.
“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Bundan öncə də bu dairə üzrə müraciət olub. Həmin müraciətə də MSK-nın iclasında baxılıb. Hazırkı müraciətlə bağlı isə araşdırma zamanı dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib”.
MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/msk-dsk-nin-qerarini-quvvede-saxladi22022020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR